15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 51 yaşlı ataya cəza verildi

15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 51 yaşlı ataya cəza verildi

Hazırda oxunan: 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 51 yaşlı ataya cəza verildi

238809

Şəkidə 15 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edən ata hakim qarşısına çıxarılıb. O, içkili vəziyyətdə qızına qarşı əxlaqsız hərəkətlər edirmiş.

Bizim.Media xəbər verir ki, 1974-cü il təvəllüdlü A.Qarayev (ad şərtidir) 16 yaşına çatmayan qızına qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib. Onun sonuncu hərəkətindən arvadı xəbər tutub və bu barədə polisə məlumat verib.

A.Qarayev dindirilən zaman psixi problemlərinin olduğunu, bəzi hərəkətlərinin qarşısını ala bilmədiyini deyib.

Zərərçəkmiş qız ifadə verən zaman atasının içkili vəziyyətdə ona qarşı seksual xarakterli hərəkətlər etdiyini deyib. Bildirib ki, atasından şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini tələb edir. Qızın anası da A.Qarayevə cəza verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 153.4.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilən A.Qarayev yeddi il müddətinə azadlıqdan məhrum edilib. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO