Gəncədə yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil vuran piyada, Şəmkir rayon sakini, 2010-cu il təvəllüdlü E.Rəhimlinin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün saat 12:00 radələrində 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İkin tibbi yardım göstərilən azyaşlı ixtisaslı tibbi xidmət almaq üçün Uşaq Xəstəxanasına təxliyə olunub. Baş-beyin silkələnməsi, dirsək oynağının sınığı diaqnozu təyin edilən 15 yaşlı pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

- A-
- A
- A+
Cəmiyyət
17:36 / 11.03.2025
Gəncədə avtomobil vuran 15 yaşlı oğlanın SON DURUMU
Hazırda oxunan: Gəncədə avtomobil vuran 15 yaşlı oğlanın SON DURUMU
Hazırda oxunan: Gəncədə avtomobil vuran 15 yaşlı oğlanın SON DURUMU
238806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.