Qusar rayon İcra Hakimiyyətində rayonda yeni seçilən bələdiyyələr üçün seminar-treyninq keçirilib. Seminar Qusar İH başçısı Sahir Məmmədxanovun təşəbbüsü və təşkilatçılığı, eləcə də Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin dəstəyi ilə reallaşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Qusardan yeni seçilən və 10 bələdiyyədə birləşən bələdiyyə üzvləri və sədrləri, Qusar İH-nin ərazi üzrə icra nümayəndələri iştirak edib.
Seminarda Qusar İH başçısı Sahir Məmmədxanov iştirakçılar qarşısında geniş məzmunlu çıxış edib. Rayon rəhbəri çıxışında bildirib ki, bələdiyyələr müstəqil idarəetmə orqanlarıdır, İH olaraq qətiyyən bələdiyyələrin işinə müdaxilə edib qarışmaq fikrimiz yoxdur. Sadəcə, bu tədbiri keçirməkdə məqsəd odur ki, bələdiyyələrimiz işlərini düzgün qursunlar:
"Bələdiyyələrin üstündə olan "torpaq satır" damğasını götürək. Siz camaatla işləyin, onların yanında olun. Camaatın arasında olun, köməyə ehtiyacı olan sakinlərin yanında olun, sizi həmin insanlar seçib. Qusarda və kəndlərdə satılası torpaq qalmayıb".
Qusar icra başçısı bələdiyyələrin mühasibat uçotunun yox dərəcəsində olduğunu da vurğulayıb:
“İşinizi bu istiqamətdə düzgün qurun, inventarizasiyanızı aparın, hansı əmlaka və inventara sahib olduğunuzu bilin".
Sahir Məmmədxanov hər bir bələdiyə üzvünə tövsiyə edib ki, işlərini “Bələdiyyələr haqqında” qanunun tələbləri çərçivəsində qursunlar, camaatın bələdiyyələrə olan inamını, etibarını qazansınlar, həmçinin görüləcək işləri kəndlərin ağsaqqalları ilə məsləhət etsinlər.
Qusar rayon icra başçısının tövsiyə xarakterli çıxışından sonra Xaçmaz Regional Ədliyyə İdarəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin, Əmlak Məsələləri Dövlət Xidmətinin Xaçmaz ərazi şöbəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Əmək Müfəttişliyinin Quba-Xaçmaz Regional şöbəsinin əməkdaşları bələdiyyələrlə treyninq seminarı davam etdiriblər. Qarşılıqlı fikir mübadiləsi edilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
16:34 / 11.03.2025
İcra başçısından bələdiyyələrə XƏBƏRDARLIQ – “İnsanların yanında olun, sizi onlar seçib”
Hazırda oxunan: İcra başçısından bələdiyyələrə XƏBƏRDARLIQ – “İnsanların yanında olun, sizi onlar seçib”
Hazırda oxunan: İcra başçısından bələdiyyələrə XƏBƏRDARLIQ – “İnsanların yanında olun, sizi onlar seçib”
238795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.