Sentyabrdan hansı universitetlərdə təhsil BƏRPA EDİLİR? – Qaydalar AÇIQLANDI

Sentyabrdan hansı universitetlərdə təhsil BƏRPA EDİLİR? – Qaydalar AÇIQLANDI

Hazırda oxunan: Sentyabrdan hansı universitetlərdə təhsil BƏRPA EDİLİR? – Qaydalar AÇIQLANDI

23877

“Ali təhsil müəssisələrinin sentyabr ayında bərpası birmənalı şəkildə həyata keçiriləcək. Bunun əsas səbəbi artıq uzun müddət tədris prosesindən kənarda qalma, ai təhsilin əlçatanlığı, eyni zamanda keyfiyyətli təhsilin həyata keçirilməməsidir”.

Bunu Bizim.Media-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ali təhsil ocaqlarının sentyabrdan etibarən ənənəvi təhsilə keçməsi və qaydaları barədə məsələdən danışarkən deyib.

Ölkədə yanvar ayının 18-dən vaksinasiya prosesinin başladığını və artıq 2 milyondan çox insanın peyvəndləndiyini qeyd edən ekspert kifayət sayda təhsil işçilərinin də vaksin olunduğunu vurğulayıb:

“Hazırda 51 ali təhsil müəssisəsində 30 minə yaxın şəxs çalışır ki, 60 faizə qədərinin yaşı risk qrupundadır. Onların da böyük faizi vaksinasiya prosesində iştirak ediblər. Məhz bu rəqəmlər ali təhsil müəssisələrinin 2021-ci ilin sentyabrında açıla bilmə ehtimalını yüksəldir. Artıq bir sıra ali təhsil müəssisələri tədris prosesinin bərpası istiqamətində fəaliyyətə başlayıblar. Bu da ondan ibarətdir ki, pandemiya dövründə keçilməyən və ya zəif tədris olunan mövzulara təkrar qayıtmaq imkanı yaradılsın”.

Ekspertin sözlərinə görə orta ümumtəhsil məktəblərindən fərqli olaraq ali müəssisələrdə tədris tamamilə fərqlidir:

“Orta məktəbdə bir neçə fənnlər üzrə təkrar tədris var. Bir pillədə zəif öyrənən şagird biliyini ikinci pillədə düzəldə bilər. Amma ali məktəbdə belə deyil. Hər semestr fərqli müəllimlər fərqli fənnlər tədris edirlər. Növbəti semestrdə əvvəlki fənnlərin tədrisi və yaxud ona qayıtmaq omkanı məhduddur. Ona görə də ali təhsil məktəblərinin üzərinə böyük yük düşür. Bərpa zamanı yeni tədris proqramları hazırlanmalıdır. Dərinləşmiş, sürətli proqramlarla ən azından zəif keçirilən mövzular yenidən tələbələrin diqqətinə çatdırılmalıdır”.

Kamran Əsədov vurğulayıb ki, 2021-ci ilin sentyabrında tədris ənənəvi qaydada bərpa edilsə də, bir sıra qaydalar var ki, onlara xüsusi diqqət yetirilməlidir:

“Tələbələr arasında məsafənin gözlənilməsi qrupların 2-yə, bəzən də 3-ə bölünməsinə gətirib çıxaracaq. Bu da birmənalı şəkildə müəlimlərin də dərs saatının artırılmasına, universitetlərin xərclərinin çoxalmasına səbəb ola bilər. Hesab edirəm ki, bu məsələdə daha vacib bir neçə məqama diqqət yetirməliyik. Bilirik ki, yaşı 65-dən yuxarı olan müəllimlər tədris prosesində iştirak etmirlər. Amma vaksinasiya prosesi olunacaqsa, o müəllimlərin iştirakı təmin oluna bilər.
 

Ali təhsil müəssisələri girişdə, eləcə də bütün dərs otaqlarında dezinfeksiya işlərini mütəmadi olaraq həyata keçirməlidirlər. Bilirik ki, orta məktəblərdə qoruyucu maskadan istifadə  məhdudiyyəti  yoxdur.


Düşünürəm ki, ali məktəblərdə bu hal bir qədər çətin olacaq. Onlar yetkin yaşdadırlar. Üstəgəl bəzi tələbələr kirayədə qalırlar ki, bu da yoluxma riskini yenidən artırmış olacaq. Bu baxımdan ali məktəb girişlərində uzaqdan temperaturu müəyyənləşdirən smart aparatlar quraşdırılmalıdır ki, tələbələr binaya potensial daşıyıcılar kimi daxil olmasınlar. İstənilən halda 2021-ci ildə biz ali təhsilin bərpasını müəyyən qaydalarla gözləyirik. Digər təhsil pillərindən fərqli olaraq universitetlərdə oxuyanlar birbaşa əmək bacarığına daxil olurlar. Onların daha keyfiyyətli kadr olaraq yetişmələri üçün ali təhsil müəssisələrində invidüal olaraq işləməsi zəruridir”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO