Yevlaxda bacısını qətlə yetirməkdə təqsirləndirilən 17 yaşlı Rasim Salmanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Məlum olub ki, Rasim bacısını 7-ci dəfə ərə getmək istədiyi üçün öldürüb.
Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, Rasimin cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Rasim Salmanova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən Rasim Salmanov 21 yaşlı bacısı Başxanım Salmanovanı odlu silahla qətlə yetirib.
Hadisə ötən ilin fevralında Yevlax şəhərində "Qaraçılar məhəlləsi"ndə baş verib. Salmanovlar ailəsi də qaraçılar millətindən olub və uzun illərdir bu ünvanda yaşayıb.
Rasim bacısının 7-ci dəfə ərə gedəcəyini eşidib. Belə ki, Rasim 20 yaşlı bacısı Başxanımın 6-cı dəfə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Nurlandan ayrılaraq yenidən ərə gedəcəyini, qızını da nənəsinə verəcəyini eşidib. O, bu söhbətləri Başxanımla bacılarının danışığından eşidib.
Bundan sonra yan otaqda atasına məxsus ov tüfəngini götürərək bacısının baş nahiyəsindən vurub.
Rasim ifadəsində bacısının ailə həyatındakı davranışlarının onun adına xələl gətirdiyini deyib. Bildirib ki, məqsədi bacısını öldürmək yox, qorxutmaq olub. Rasim deyib ki, əli silahın tətiyinə istəmədən dəyib.
Qətl hadisəsi baş verən zaman Başxanımın nənəsi və bacısı da otaqda olub.
Məhkəmədə şahid qismində dindirilən şəxslər də Başxanımın ailə vəziyyətinə görə qardaşı Rasimlə tez-tez mübahisələrinin olduğunu deyiblər.
Rasim Salmanov törətdiyi əmələ görə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:47 / 11.03.2025
Bacısını yeddinci dəfə ərə getməsin deyə öldürdü - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL
Hazırda oxunan: Bacısını yeddinci dəfə ərə getməsin deyə öldürdü - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL
Hazırda oxunan: Bacısını yeddinci dəfə ərə getməsin deyə öldürdü - 17 yaşlı Rasimin törətdiyi dəhşətli QƏTL
238769
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.