Son iki ayda Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI

Son iki ayda Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Son iki ayda Azərbaycana gələn turistlərin sayı AÇIQLANDI

238765

Bu ilin yanvar-fevral ayında Azərbaycana 338 min 621 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib.

Bizim.Media Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 % azdır.

Təkcə fevralda isə ölkəyə 165 968 nəfər xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 1 il əvvələ nisbətən 5,1 % azdır.

Hesabat dövründə Azərbaycana ən çox turist 79 329 nəfər olmaqla Rusiyadan gəlib. 2-ci yerdə Türkiyə (63 107 nəfər), 3-cü yerdə isə Hindistandan (33 663 nəfər) qərarlaşıb.

Bundan başqa, il ərzində İrandan 31,4 min, Gürcüstandan 17 min, Qazaxıstandan 11 min, Pakistandan 10,9 min, Birləşmiş Ərəb Əmirliklərindən 9,7 min, Səudiyyə Ərəbistandan 9,6 min, Özbəkistandan 5,8 min turist gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO