Filippin polisi sabiq prezident Rodriqo Duterteni Manila hava limanında saxlayıb.
Bizim.Media EFE agentliyinə istinadən xəbər verir ki, Duterte Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderi əsasında həbs edilib. O, narkotiklərlə mübarizə kampaniyası zamanı bəşəriyyətə qarşı cinayətlərdə ittiham olunur.
BCM nümayəndələri sabiq prezidentin Haaqa məhkəməsinə ekstradisiyasında israrlıdırlar.
Qeyd edək ki, 2016-2022-ci illərdə Filippində hakimiyyətdə olan Rodriqo Duterte narkotik mafiyasına qarşı əməliyyatlar zamanı 6 minə yaxın insanın məhkəməsiz qətlinə göstəriş verib. Qeyri-hökumət təşkilatları isə öldürülənlərin sayının 30 min nəfər olduğunu iddia edir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:24 / 11.03.2025
30 min insanın məhkəməsiz qətlinə göstəriş verən sabiq prezident TUTULDU
Hazırda oxunan: 30 min insanın məhkəməsiz qətlinə göstəriş verən sabiq prezident TUTULDU
Hazırda oxunan: 30 min insanın məhkəməsiz qətlinə göstəriş verən sabiq prezident TUTULDU
238736
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.