Müharibəyə könüllü yollandı, dostunu xilas edərkən şəhid oldu – Azad Zeynalovun HƏYAT HEKAYƏSİ

Müharibəyə könüllü yollandı, dostunu xilas edərkən şəhid oldu – Azad Zeynalovun HƏYAT HEKAYƏSİ

Hazırda oxunan: Müharibəyə könüllü yollandı, dostunu xilas edərkən şəhid oldu – Azad Zeynalovun HƏYAT HEKAYƏSİ

238722

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Zeynalov Azad Ağaverdi oğlunun doğum günüdür.

Bizim.Media xəbər verir ki, Azad Zeynalov 1967-ci il martın 11-də Neftçala rayonu Dördlər kəndində anadan olub.

O, 1974-cü ildə Astanlı kənd orta məktəbin 1-ci sinfinə, 1984-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstutuna daxil olub.

A.Zeynalov 1985-1987-ci illərdə Gürcüstanda sovet ordusunun tərkibində tank üzrə sürücü-mexanik ixtisasına yiyələnib. O, hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirərək, mühəndis peşəsinə yiyələnib.

Daha sonra Bakının Xətai rayonunda yerləşən Neftayırma zavodunda mühəndis-texnik kimi əmək fəaliyyətinə başlayıb.

Azad Zeynalov 1993-cü il noyabrın 16-da Ulu öndər Heydər Əliyevin xalqa müraciətindən sonra işlədiyi zavoddan könüllü olaraq cəbhəyə yollanıb. O, Gəncə batalyonunun “Bakılı oğlanlar” komandasında döyüşüb.

Azad Zeynalov 1994-cü il fevralın 2-dən 3-nə keçən gecə Ağdərə rayonunda gedən döyüşdə yaralı dostunu xilas edərkən özü də yaralanıb və döyüş bölgəsində qalıb. Həmin vaxtdan indiyə qədər ondan hər hansı məlumat almaq mümkün olmayıb.

Azad Zeynalova 1997-ci ildə şəhid statusu verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO