Hökumə Əliyevanın həyatı filmə çəkildi – VİDEO

Hökumə Əliyevanın həyatı filmə çəkildi – VİDEO

Hazırda oxunan: Hökumə Əliyevanın həyatı filmə çəkildi – VİDEO

238713

Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyatı filmə çəkilib.

Bizim.Media xəbər verir ki, bu barədə "AzTV"nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

"Mədəniyyət" TV-də yayımlanan "Hər şey yaxşı olacaq" sənədli filmi Hökumənin dilindən səslənən son cümləyə həsr olunub.

Filmdə Hökumənin ailə üzvləri, yaxınları onunla bağlı xatirələrini bölüşüblər.
Süjetdə həmçinin H.Əliyevanı canlandıran xanım personajı da görmək mümkündür.
Qeyd edək ki, Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus, Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin bələdçisi Hökumə Cəlil qızı Əliyeva xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ölkəmizin ən qocaman televiziya və radio qurumudur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO