Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO

Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO

Hazırda oxunan: Tıxacdan bezən sürücüləri sevindirəcək xəbər - VİDEO

238702

Böyükşor-Pirşağı avtomobil yolu Heydər Əliyev prospekti ilə birbaşa əlaqələndirilə bilər.

Bununla bağlı təklif 2025-30-cu illəri əhatə edən dövlət proqamında öz əksini tapıb.

Başqa sözlə, yolun Ziya Bünyadov prospekti ilə birləşən hissəsində sıxlıq tarixə qovuşa, nəqliyyat vasitələrinin həmin ərazidə intensiv hərəkəti təmin edilə bilər.

Bizim.Media xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Xəzər Xəbər"ə deyib ki, yeni layihə icra olunarsa, Heydər Əliyev prospekti ilə hərəkət edənlər, rahatlıqla Böyükşor-Pirşağı avtomobil yolundakı qovşağa daxil olaraq bir çox istiqamətə hərəkət edə bilərlər.

Ərşad Hüseynov həmçinin bildirir ki, əslində, Böyükşor-Pirşağı yolunun potensialı böyükdür. Ekspert təklif edir ki, həmin yolu təkcə Heydər Əliyev prospekti ilə deyil, Babək və 8 Noyabr prospektləri ilə də əlaqələndirmək olar.

Nəticədə, bu layihələr icra edilsə, şimal-cənub istiqamətində nəqliyyat axını yaxşılaşacaq. O yolda həmçinin yeni ictimai nəqliyyat xətlərinin yaradılması da zəruri olacaq.

Ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO