Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn 4 üsul - FOTO

Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn 4 üsul - FOTO

Hazırda oxunan: Avtomobildəki cızıqdan qurtulmaq üçün qəpik-quruşa başa gələn 4 üsul - FOTO

238692

Avtomobilinizdə cızıq var? Avtoservisə getmək və ya bahalı cilalayıcılar almaq üçün tələsməyin. Əl altında olan materiallarla effektiv həll yolları mövcuddur.

Bizim.Media xəbər verir ki, mütəxəssislər qəpik-quruşa başa gələn üç effektiv üsulu açıqlayıblar.

Onları təqdim edirik:

Diş məcunu - mini cilalama dəzgahı



Diş məcunundakı abraziv (pardaxlayıcı) hissəciklər yumşaq yonma aləti kimi işləyir. Bir qədər məcunu yumşaq parçaya çəkin, cızığın üzərinə dairəvi hərəkətlərlə sürtün və sonra nəmlənmiş salfetlə silin. Əsas odur ki, həddindən artıq basmayın, əks halda lak qatına ziyan verə bilərsiniz.

Bitki yağı - "bərpaedici" effekt



Əgər cızıq daha dərin olubsa, bir damcı bitki yağı mikroçatları dolduraraq "sağalmış" effekt yaradacaq və işığın sınmasını dəyişəcək. Sadəcə bir az yağ vurun, quru parçayla silin və cızıq vizual olaraq yox olacaq. Bu üsul avtomobili satmazdan və ya fotosessiyadan əvvəl idealdır.

Dırnaq lakı - kuzov rəngində maskalama



Daha ciddi cızıqlar üçün dırnaq lakı köməyə çata bilər. Əsas məsələ avtomobilinizin rənginə mümkün qədər yaxın bir çalar seçməkdir. Lak quruduqdan sonra üstünü cilalayıcı vasitə ilə işləyin, nəticədə cızıq demək olar ki, görünməz olacaq.

Qoz ləpəsi - təbii restavrator



Qozu iki yerə bölün və cızıq olan hissəni onun ləpəsi ilə ovxalayın. Qozun tərkibindəki yağlı turşular nahamarlıqları dolduracaq, yumşaq teksturası isə səthə hamarlıq verəcək. Sonda nəmlənmiş salfetlə silin və avtomobiliniz yenidən baxımlı görünəcək.

Bu üsullar peşəkar rənglənməni əvəz etməsə də, vacib görüş və ya avtomobil satışı öncəsi cızıqları tez bir zamanda gizlətmək üçün əla həll yoludur. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO