Terror qruplaşmaları Suriyanın tərkibinə QATILACAQ

Terror qruplaşmaları Suriyanın tərkibinə QATILACAQ

Hazırda oxunan: Terror qruplaşmaları Suriyanın tərkibinə QATILACAQ

238676

Suriyanın müvəqqəti prezidenti Əhməd Şəraa ilə YPG/PYD terror qruplaşmasının lideri Mazlum Abdi arasında anlaşma memorandumu imzalanıb.

Bizim.Media xəbər verir ki, sazişə əsasən,YPG/PYD yeni Suriya hökumətinin tərkibinə qatılacaq.

Həmçinin qruplaşma nəzarətindəki bütün əraziləri, mülki və dövlət qurumlarını, sərhəd-keçid məntəqələrini, hava limanlarını, neft və qaz bölgələrini də Suriyanın ixtiyarına verəcək.

Eləcə də kürd icması Suriyanın ayrılmaz hissəsi kimi tanınacaq və konstitusiya hüquqları təmin olunacaq. Bundan əlavə, Suriyanın bütün ərazilərində atəşkəs rejimi tətbiq ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO