Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Güclü küləklə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: Güclü küləklə bağlı XƏBƏRDARLIQ

238655

Hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur və əsən güclü küləyin dekabrın 25-dək davam edəcəyi proqnozlaşdırılır. 

 

Sfera.az xəbər verir ki, belə hava şəraitinin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. 


 
Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.


 
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

 

Təhlükə zamanı 112-yə zəng edin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO