Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar təşkil olunacaq? – Rəsmi AÇIQLAMA

Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar təşkil olunacaq? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Bakıda Novruz bayramı ilə əlaqədar yarmarkalar təşkil olunacaq? – Rəsmi AÇIQLAMA

238626

Novruz bayramına az qaldığı üçün insanlar artıq bayram alış-verişinə başlayıblar.  Buna görə də xüsusilə, çərəzlərə, quru meyvələrə və s tələbat daha da artıb.

Xatırladaq ki, əvvəlki illər Novruz bayramı öncəsi şəhərin müxtəlif yerlərində yarmarkalar təşkil olunurdu, insanlar da çalışırdılar ki alış-verişlərini bu yarmarkalardan etsinlər.

Düzdür,  8-19 mart tarixlərində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən şəhərə” Novruz yarmarkası təşkil olunacaq. Ancaq bu müəyyən bir ərazini əhatə edəcəyi üçün insanlara maraqlıdır ki, şəhərin müxtəlif yerlərində bayram yarmarkaları təşkil olunsun.
 

Məsələylə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentindən  Bizim.Media-ya verilən məlumata əsasən bu il də  Novruz bayramıyla bağlı yarmarkanın təşkil olunması nəzərdə tutulmayıb.


Qeyd edək ki, bu il Yeni il bayramıyla əlaqədar da yarmarkalar qurulmamışdı.  

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO