4 qat dünya çempionu Eldəniz Əzizli: “Bəzən məcbur edirlər ki...” – EKSKLÜZİV

4 qat dünya çempionu Eldəniz Əzizli: “Bəzən məcbur edirlər ki...” – EKSKLÜZİV

Hazırda oxunan: 4 qat dünya çempionu Eldəniz Əzizli: “Bəzən məcbur edirlər ki...” – EKSKLÜZİV

238620

Azərbaycan güləşinin tanınmış simalarından biri olan 4 qat dünya və 2 qat Avropa çempionu Eldəniz Əzizli Olimpiya oyunlarında iştirak etmək üçün çəkisini dəyişməyi düşünmür.

Bizim.Media-ya açıqlama verən tanınmış güləşçi 4 illiyin zirvə yarışında iştirakının Beynəlxalq Olimpiya Komitəsinin qərarından asılı olduğunu bildirib:

“Açığı çəki dəyişməyi düzgün hesab etmirəm. Mən bütün uğurlarımı 55 kq-da qazanmışam. İndi olimpiada üçün çəkini dəyişməyi düzgün hesab etmirəm.

Qoy bəzi idmançılar məndən inciməsin, amma çəki dəyişməyi qeyri-peşəkarlıq hesab edirəm.
 

Bilirəm, bəzən bunu məcburən edirlər. Ancaq öz çəki dərəcəsində yaxşı uğurlar qazanmısansa, dəyişməyə lüzum görmürəm. Bu mənim şəxsi fikrimdir. Həm də yeni çəkidə başqa favoritlər var. Onlarla mübarizə aparmağa hazır olmaq lazımdır. Düzdür, olimpiya oyunlarının reytinqi başqadır. Ancaq 4 dünya çempionluğumu olimpiya medalına dəyişmərəm”.


Eldəniz Əzizli həmçinin bu il dünya və Avropa çempionatında çıxış etdikdən sonra karyerasını bitirəcəyini açıqlayıb. Məşqçi olmaq isə güləşçinin planlarına daxil deyil.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO