Nurdan ev dustaqlığına buraxıldı

Nurdan ev dustaqlığına buraxıldı

Hazırda oxunan: Nurdan ev dustaqlığına buraxıldı

238617

Narkotiklə əlaqəli cinayət ittihamı ilə həbs edilən tiktoker Nurdan Yusifova ev dustaqlığına buraxılıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Nurdanının vəkili əvvəlcə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Amma vəsatət təmin edilməyib.
 

Cavid Hüseynin sədrlik etdiyi yuxarı instansiya məhkəməsi bu gün həmin qərarı ləğv edib. Nurdan barəsində 2 ay əvvəl seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Xanım tiktoker məhkəmə zalından azadlığa buraxılıb.


Qeyd edək ki, Nurdan polisin sosial şəbəkələrdə əxlaqsızlığın təbliğinə qarşı tədbirlər görməyə başladıqdan sonra həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO