Bako Sahakyanın MƏHKƏMƏ ETİRAFLARI– Silahları bu yolla əldə ediblər...

Bako Sahakyanın MƏHKƏMƏ ETİRAFLARI– Silahları bu yolla əldə ediblər...

Hazırda oxunan: Bako Sahakyanın MƏHKƏMƏ ETİRAFLARI– Silahları bu yolla əldə ediblər...

238616

“Qarabağda silahlanma haqqında ilk çağırış mitinqlərdə oldu”.

Bizim.Media xəbər verir ki, bunu Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən deyib.

O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərək qeyd edib:
 

“Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi”.


Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO