Zaqatalada piyadanı vurub qaçan sürücü SAXLANILDI

Zaqatalada piyadanı vurub qaçan sürücü SAXLANILDI

Hazırda oxunan: Zaqatalada piyadanı vurub qaçan sürücü SAXLANILDI

238614

Zaqatalada piyadanı vurub hadisə yerindən yayınan sürücü saxlanılıb.

 

Sfera.az-ın məlumatına görə, rayonunun Əliabad qəsəbəsində 1998-ci il təvəllüdlü İbrahim Üzeyr oğlu Daşdəmirovu vurub, hadisə yerindən yayınan “VAZ-2106” markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat -axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya məlumatı təsdiq ediblər.

 

Qeyd edək ki, hadisə dekabrın 21-dən 22-ə keçən gecə rayonun Əliabad qəsəbəsində baş verib. Qəza zamanı müxtəlif dərəcəli ağır xəsarətlər alan İ. Daşdəmirov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsində müalicə alır, vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO