44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəlal İslamovun atası vəfat edib.
Bizim.Media “Shimal.news”a istinadən xəbər verir ki, şəhidin atası 95 yaşlı Ağahüseyn İslamov yaşadığı Xaçmaz rayonunda dünyasını dəyişib.
Şəhid atası bu gün rayonun Çarxı kəndində dəfn edilib.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Cəlal İslamov 7 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub. “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:19 / 10.03.2025
Şəhid atası vəfat etdi – FOTO
Hazırda oxunan: Şəhid atası vəfat etdi – FOTO
Hazırda oxunan: Şəhid atası vəfat etdi – FOTO
238607
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.