“Bəlkə bu dəfə əfvə düşər” - Cahangir Hacıyevin bacısı

“Bəlkə bu dəfə əfvə düşər” - Cahangir Hacıyevin bacısı

Hazırda oxunan: “Bəlkə bu dəfə əfvə düşər” - Cahangir Hacıyevin bacısı

238577

“Mənim qardaşım 10 ildir ki, həbsdədir. Hər əfvöncəsi ümidlənirik ki, bəlkə, bu dəfə azadlığa çıxar. Bu il də ümid edirik. Çünki Cahangir ona verilən 16 illik cəzanın 10 ilini çəkib. Bir insan üçün ömrünün 10 ilini həbsxanada keçirmək ağırdır”.

Bizim.Media xəbər verir ki, bunu “gununsesi.info”ya açıqlamasında hazırda həbsdə olan Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva deyib.

Qardaşının əfv olunması üçün ölkə başçısına müraciət etdiyini vurğulayan Əminə Hacıyeva bildirib ki, o, 10 ildir, ailəsindən təcrid olunub:

“Qardaşım 10 ildir ki, övladlarının üzünü görə bilmir. O, həbs olunanda oğlanları balaca idi. İndi ali təhsil alıblar. Mən ümid edirəm ki, nəhayət, Cahangiri azadlığa buraxacaqlar. Həbsdə olduğu müddət səhhətində çoxsaylı problemlər yarandı. Qardaşım dövlətə, dövlətçiliyə hər zaman sədaqətli olub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO