Paytaxt yollarında hərəkət çətinləşdi - FOTO

Paytaxt yollarında hərəkət çətinləşdi - FOTO

Hazırda oxunan: Paytaxt yollarında hərəkət çətinləşdi - FOTO

238530

Məlum olduğu kimi, ötən axşamdan bəri paytaxtda müşahidə olunan dumanlı hava şəraiti bir sıra yollarda hərəkəti çətinləşdirib. 

Bizim.Media xəbər verir ki, DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hava ilə bağlı sürücülərə müraciət edib. 
 

Müraciətdə qeyd edilib ki, Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq axşam saatlarından Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bununla bağlı NİİM əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “dumanlı yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir. 


Həmçinin bildirilib ki, hazırda paytaxtın bu yollarında dumanlı hava səbəbindən görünüş məsafəsi azalıb: 

1. Zığ dairəsi- Hava Limanı yolu; 

2. Heydər Əliyev prospekti; 

3. Yusif Səfərov küçəsi; 

4. Aeroport şosesi; 

5. Ziya Bunyadov prospekti. 








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO