Şahbuzda güclü yanğın - ANBAAN VİDEO

Şahbuzda güclü yanğın - ANBAAN VİDEO

Hazırda oxunan: Şahbuzda güclü yanğın - ANBAAN VİDEO

238504

Şahbuz rayonunda güclü yağın olub.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Badamlı kəndində baş verib.

Yanğın kənd sakini Hüseynov Asəf Həmid oğluna məxsus həyətyanı sahədə yerləşən tövlədə olub. İlkin məlumata görə, yanğın tövlənin çardağına yığılmış ot tayalarında başlayıb, daha sonra tövləyə keçib.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Şahbuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb, tövlədə mal-qaraya ziyan dəyməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO