Həftənin bu günü əməliyyat olunmayın: Ölüm riski yüksəkdir

Həftənin bu günü əməliyyat olunmayın: Ölüm riski yüksəkdir

Hazırda oxunan: Həftənin bu günü əməliyyat olunmayın: Ölüm riski yüksəkdir

238479

ABŞ, Kanada və Avropada aparılan araşdırmalar göstərir ki, əməliyyat üçün ən təhlükəsiz gün bazar ertəsidir.

Bizim.Media xəbər verir ki, mütəxəssislər cümə günü edilən əməliyyatlarda fəsad və ölüm riskinin daha yüksək olduğunu bildirirlər. Statistikaya görə, həftənin ilk günü əməliyyat olunanların sağ qalma şansı 5 faiz daha yüksəkdir.

40 mindən çox xəstə üzərində aparılan araşdırma göstərib ki, cümə günü əməliyyat olunanlarda risk 5-6 faiz artır. Yalnız ölüm riski baxımından isə bu göstərici 10 faizə çatır.

İsveç alimlərinin özofagus xərçəngi xəstələri üzərində apardığı araşdırmalar da bu nəticəni təsdiqləyib. Almaniyada dəqiq rəqəmlər olmasa da, mütəxəssislər həftəsonu kadr çatışmazlığı və iş yükünün artmasının səhiyyə xidmətlərinin keyfiyyətinə təsir etdiyini bildirirlər. Bu səbəbdən, əməliyyat üçün həftənin ilk günləri daha təhlükəsiz hesab edilir. (E-saglam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO