İmişlidə bir ailənin üç üzvünün dəm qazından boğularaq ölməsinin təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, zərərçəkənlərin qohumu Böyükxan Zöhrabov bildirib ki, ata evə zəng edib, cavab gəlməyib, oraya gedib.
Evə gələndə isə görüb ki, həyat yoldaşı və iki övladı dünyasını dəyişib. Ata isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, İmişli rayonunda dəm qazından boğulma nəticəsində bir ailənin üç üzvü ölüb. Ailənin xanımı Mehriban İdris qızı Azadova, onun övladları Məhəmməd Vasif oğlu Azadov və Fatimə Vasif qızı Azadova ölüblər.
Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:16 / 09.03.2025
İmişlidə ana və iki övladının ölməsinin TƏFƏRRÜATI - VİDEO
Hazırda oxunan: İmişlidə ana və iki övladının ölməsinin TƏFƏRRÜATI - VİDEO
Hazırda oxunan: İmişlidə ana və iki övladının ölməsinin TƏFƏRRÜATI - VİDEO
238434
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.