Hökumə Əliyevanın adı belə əbədiləşdirilir - VİDEO

Hökumə Əliyevanın adı belə əbədiləşdirilir - VİDEO

Hazırda oxunan: Hökumə Əliyevanın adı belə əbədiləşdirilir - VİDEO

238425

Qazaxıstanda AZAL-a məxsus sərnişin təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğraması nəticəsində qəhrəmancasına həlak olan bələdçi Hökumə Əliyevanın adının əbədiləşdirilməsi istiqamətində addım atılıb.

Bizim.Media İTV-yə istinadən xəbər verir ki, zirehli texnika istehsalı üzrə ixtisaslaşan şirkətdə tibbi təyinatlı Arlan maşınlarında "By Hokumə Aliyeva” seriyası təqdim edilib.

"Arlan" zirehli maşınlarının uzunluğu 6,5 m, gövdə eni 2,66 m və hündürlüyü (damda, silah nəzərə alınmadan) – 2,75 m, yükdaşıma tutumu - 13,5 tondur. Zirehli avtomobilin sürəti saatda 100 km-ə çatır. Tam ötürücülü şassi müxtəlif maneələrin aradan qaldırılmasını təmin edir. Çətin relyefli və dağlıq ərazilərdə hərəkət edə və müxtəlif maneələri, o cümlədən 1,2 metr dərinlikdə çayı keçə bilir. Elə bu səbəbdən İkinci Qarabağ müharibəsində də bu nəqliyyat vasitələri böyük rol oynayıb.

Bu maşınlar Azərbaycana Marauder adı ilə çatdırılmışdı. Marauderin 60 ədədini göndərmişdik, yanılmıramsa, 30-dan çoxu aktiv istifadə edilirdi. Hətta bu maşınların tank əleyhinə minalarda itki vermədən partlamasına dair görüntülər də var idi. O baxımdan bu maşınlar çox dayanıqlıdır. Konstruksiyası MRAT-dır, yəni çox yüksək mina və ballistik qorunması var.

Avtomobil 12,7 mm-lik qüllələrdən qorunur. Maşının alt hissəsi V-şəkillidir, 8 kq trotil ekvivalenti olan partlayıcı qurğunun partlamasına qarşı dözümlüdür. Hətta təkər belə eyni miqdarda partlayıcı maddə tətbiq edildikdə partlayışa dözə bilir. Şirkətin qurucusu məhz bu dözümlülüyünə görə avtomobilə iradəsi, qorxmazlığı və cəsarəti ilə fərqlənən Hökümə Əliyevanın adını verib. Deyir ki, qoy Hökümə Əliyeva qəhrəmancasına həyatları xilas etdiyi kimi, bu avtomobil də onun mərdliyinin nümunəsi kimi bu missiyanı yerinə yetirsin.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO