Lerik rayonunda 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.
Rəsmi açıqlamada bildirilir ki, zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.
Sosial şəbəkələrdə də cənub bölgəsinin sakinləri zəlzələnin hiss edildiyi barədə paylaşımlar edilib.
Bizim.Media xəbər verir ki, modern.az son durumu öyrənmək üçün Lerik Rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bildirib ki, zəlzələ cüzi hiss olunub:
"Lerikdə zəlzələ cüzi hiss olunub. Zəlzələ nəticəsində heç bir fəsad baş verməyib. Vətəndaşlar tərəfindən heç bir müraciət daxil olmayıb".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:36 / 09.03.2025
Zəlzələdən sonra Lerikdə SON DURUM - AÇIQLAMA
Hazırda oxunan: Zəlzələdən sonra Lerikdə SON DURUM - AÇIQLAMA
Hazırda oxunan: Zəlzələdən sonra Lerikdə SON DURUM - AÇIQLAMA
238422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.