Operativ Qərargahın basdırdığı “MİNA” – TOY QADAĞASI 

Operativ Qərargahın basdırdığı “MİNA” – TOY QADAĞASI 

Hazırda oxunan: Operativ Qərargahın basdırdığı “MİNA” – TOY QADAĞASI 

23841

“Ermənilər mina basdırıblar ki, azərbaycanlı üzərinə çıxsın və partlayış nəticəsində ölsün.

Güdülən nəticə budur: Az da olsa dünyada azərbaycanlının sayı azalsın. Bu anlaşılandır. Bizim məmləkətdə bir il üç aydır toylar qadağan edilib ki, azərbaycanlılar kütləvi şəkildə ailə qurmasınlar.

Güdülən nəticə budur: Dünyada daha çox azərbaycanlının sayı azalsın. Bu isə anlaşılmazdır”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkə hesabında bildirib.

“Mənaca bir-birinə dəxli olmayan fərqli-fərqli sillogizmlərdən oxşar nəticələrin çıxmasına görəsən məntiqdə necə izah verirlər? Formal məntiqə uyğun gəlmirik, qeyri-səlis məntiqə də yaxın düşməyə səlisliyimiz imkan vermir. 2039-cu ildə səfərbərlik üzrə dövlət rəisi tənqid olunacaq - orduya niyə yüz-yüz əlli adam çağırmısan?” - deyə, deputat bildirib. 

Xatirə.Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO