Vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, son günlər belə mesajların sayı daha da artıb. Mesajlarda guya sosial şəbəkə qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir.
Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi qoyulur. Öz səhifəsini qorumaq niyyətilə vətəndaş öz məlumatlarını daxil etdikdə isə əksi baş verir, səhifəsi oğurlanır. Bundan sonra isə ələ keçirilən sosial şəbəkə hesabları ilə müxtəlif paylaşımlar edilir, şəxsin yaxınlarına yazılıb pul istənilir.
Ekspertlər şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edirlər. Əks halda, dələduzların toruna düşmək qaçılmaz ola bilər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:28 / 09.03.2025
EHTİYATLI OLUN: Dələduzluğun yeni növü yayıldı - VİDEO
Hazırda oxunan: EHTİYATLI OLUN: Dələduzluğun yeni növü yayıldı - VİDEO
Hazırda oxunan: EHTİYATLI OLUN: Dələduzluğun yeni növü yayıldı - VİDEO
238393
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.