İsmayıllı rayonunda saat 04:01-də zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Piriqulu stansiyasından 15 km şimal-qərbdə qeydə alınan zəlzələ 3,7 maqnitudada olub.
Zəlzələ ocağı Yerin 43 kilometr dərinliyində yerləşib.
Bizim.Media