Uşaq qidaları BAHALAŞIR - Qiymət artımına nəzarət varmı? - VİDEO

Uşaq qidaları BAHALAŞIR - Qiymət artımına nəzarət varmı? - VİDEO

Hazırda oxunan: Uşaq qidaları BAHALAŞIR - Qiymət artımına nəzarət varmı? - VİDEO

238368

Süni uşaq qidalarının qiymətlərində artım müşahidə edilir. Son 1 ayda bu artım daha da nəzərə çarpır.

Bizim.Media xəbər verir ki, hazırda uşaq qidalarının minimum qiyməti 4 manat 90 qəpikdən, ən bahalısı isə 120 manata alıcılara təklif olunur.

Satıcılar deyirlər ki, xaricdən idxal olunan məhsulların tədarükü və daşınması xərcləri artdıqca, qiymətlərə də öz təsirini göstərir.

Bəs artıma səbəb nədir? Proses necə tənzimlənə bilər?

Uşaq qidalarında süni qiymət artımının qarşısının alınması, prosesə necə nəzarət olunması ilə bağlı suallara cavab almaq məqsədilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə əlaqə saxladıq. Ancaq iş günü olmadığı əsas gətirilərək suallarımız cavablandırılmadı.

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO