11 dəfə əməliyyat olunan qazi QƏRAR VERDİ - Bu gün amputasiya OLUNACAQ - FOTO

11 dəfə əməliyyat olunan qazi QƏRAR VERDİ - Bu gün amputasiya OLUNACAQ - FOTO

Hazırda oxunan: 11 dəfə əməliyyat olunan qazi QƏRAR VERDİ - Bu gün amputasiya OLUNACAQ - FOTO

23836

11 dəfə əməliyyat olunan və 8 aydır sağalmayan 21 yaşlı qazi Adəm Məmmədzadənin ayağı bu gün amputasiya olunacaq.

Bu barədə qazinin özü Bizim.Media-ya məlumat verib.

Bildirib ki, artıq dözümü və başqa çarəsi qalmayıb. Həkimlərin 8 aydır sağalda bilmədiyi ayaqlarından məhrum olmaq qərarında qətidir.  

Qeyd edək ki, Hacıqabul rayonu Kolanı kənd sakini Adəm Məmmədzadə oktyabrın 15-də Füzuli uğrunda gedən döyüşlərdə ayaqları, qolu və qarnından yaralanıb. Bir müddət hərbi hospitalda müalicə alıb.

Daha sonra Bakı Sağlamlıq Mərkəzi və Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunda əməliyyat olunub. 8 aydır ki, həkimlər onun dərdini tapa bilmir:

“Artıq həkimlər bacarmır. Onsuz 8 aydır bu əziyyəti verirlər, daha verməsinlər. Tam müalicə edən tapılmadı. Hara getdimsə, yarımçıq saxlanıldı. Etmək istəsəydilər, edərdilər. Heç kim görmədi ki, bu insan əzabdadır? Mənim üstümdən nə qədər xəstə ayağa qalxdı. YAŞAT Fonduna da müraciətlərimiz olub. “Sizin barədə fikirləşirik. Tədbir görüləcək” deyiblər. Amma nəticə yoxdur”.

Qazi Mərkəzi Hərbi Klinik Hospitalından da (Papanin hospital) şikayətlənib. Dediyinə görə hospital nə onun müalicəsinə yaxın durur, nə də əlillik üçün sənəd verir:

“Bu xəstəxana da kağız vermir ki, əlillik üçün müraciət edək. Elə deyirlər ki, sağalacaq. Axı heç bir irəliləyiş yoxdur. Biz Qarabağı aldıq, mən də sağlığımı istədim. Daha 8 ay zülüm çəkmək istəmirəm, yorulmuşam. İmkanım da yoxdur ki, öz hesabıma xaricə gedim. Gecə səhərədək yata bilmirəm. Ağrılarıma son qoymaq üçün bunu etməliyəm”, deyə Adəm Məmmədzadə əlavə edib. 

Qeyd edək ki, “YAŞAT” Fondu sözügedən qazinin vəziyyətindən məlumatlıdır.

Bu günlərdə mediaya verdikləri açıqlamada qeyd olunur ki, qazi barədə həkimlərə müraciət olunub və onların rəyini gözləyirlər. Həkimlər həmin qazinin ölkə daxilində müalicəsinin mümkün olmadığı barədə rəy verdikdən sonra “YAŞAT” Fondu Adəm Məmmədzadənin  xaricdə müalicə olunması üçün xərclərini qarşılayacaq. Həkimlərdən isə YAŞAT Fonduna hər hansı rəy hələki verilməyib. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO