Zərərləri saymaqla bitməyən şirniyyatın faydaları da VAR İMİŞ...

Zərərləri saymaqla bitməyən şirniyyatın faydaları da VAR İMİŞ...

Hazırda oxunan: Zərərləri saymaqla bitməyən şirniyyatın faydaları da VAR İMİŞ...

238321

Qidalanma orqanizmdə insanın əhval-ruhiyyəsinə təsir edən mühüm amillərdən biridir. Şirniyyatlar da əhvalı yaxşılaşdırmağa kömək edir.

Bizim.Media xəbər verir ki, bu barədə dietoloq Roman Pristanski “Radio-1”ə açıqlamasında məlumat verib.

“İnsanda qidaya fizioloji ehtiyac var və yeməkdən sonra bədən istiliyi bir qədər yüksəlir, əhvalımız yaxşılaşır. Bu proses “termogenez” adlanır – qida maddələri sorulmağa və lazımi orqanlara çatmağa başlayır və orada hormonlar ifraz olunur”, - deyə həkim bildirib.


Mütəxəssisin sözlərinə görə, daha yağlı və karbohidratla zəngin olan yeməklər daha dadlı hesab olunur. Ona görə də, şirniyyat əhval-ruhiyyəni yaxşılaşdırır və qan təzyiqini normallaşdırır.

“Ancaq bu proses adi yeməyin həzm olunmasından daha sürətli baş verir. Çünki şirniyyatların tərkibində qlükoza və müxtəlif növ şəkərlər var ki, onlar artıq dildə sorulmağa başlayır və toxluq hormonu, dofamin, yəni sevinc daha tez ifraz olunur”, - deyə Pristanski izah edib.

Bununla yanaşı, dietoloq vurğulayıb ki, şəkər insanda ciddi asılılıq yarada bilər. Buna görə də şirniyyat istehlakında diqqətli olmaqda fayda var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO