Gültəkin Sadıqova cəza çəkdiyi yeri dəyişmək istəyir – FOTO

Gültəkin Sadıqova cəza çəkdiyi yeri dəyişmək istəyir – FOTO

Hazırda oxunan: Gültəkin Sadıqova cəza çəkdiyi yeri dəyişmək istəyir – FOTO

238305

Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmək istəyir.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, xanım məhkum əvvəlcə yerli, daha sonra apellyasiya məhkəməsinə müraciət edib.

Gültəkin Sadıqova ərizəsində cəzasının yarıdan çoxunu ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyini qeyd edib. Xüsusilə bunun nəzərə alınmasını xahiş edib.

Məhkəmələrin heç biri məhkumun müraciətini təmin etməyib. G.Sadıqovanın cəzasının qalan 1 il 2 ayını da eyni yerdə çəkməsinə qərar verilib.

Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsindəki şərait rahatlığına görə digərlərindən fərqlənir. Oradakı məhkumlar müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən kənara çıxa bilirlər.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər 5 il əvvəl cinayət məsuliyyətinə cəlb ediliblər. Son qərarla İ.Vəliyev 6 il 2 ay, G.Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO