Hərbi Prokurorluqda Beynəlxalq Qadınlar Günü QEYD OLUNDU – FOTO

Hərbi Prokurorluqda Beynəlxalq Qadınlar Günü QEYD OLUNDU – FOTO

Hazırda oxunan: Hərbi Prokurorluqda Beynəlxalq Qadınlar Günü QEYD OLUNDU – FOTO

238303

Martın 7-də Hərbi Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə çıxış edən Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluğun kollektivində çalışan xanımları təbrik edərək, ən xoş arzularını bildirib.

Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə qadınlara diqqət və qayğı artırılıb, bu siyasət dövlət səviyyəsində daha da möhkəmləndirilib. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də qadınlara dövlət səviyyəsində xüsusi dəyər verilir, gender bərabərliyi hər bir məqamda qorunur. Sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, xalqına sədaqəti, milli-mənəvi dəyərlərə sadiqliyi və digər məziyyətləri ilə bütün dünya qadınlarına örnək olan Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Azərbaycan qadınının dövlətimizin əldə etdiyi uğurlara töhfələrini xüsusi vurğulayan ədliyyə general-leytenantı Xanlar Vəliyev cəmiyyətimizdə və dövlətimizdə qadınların rolunun özünəməxsus və əvəzolunmaz olduğunu diqqətə çatdırıb.

Digər çıxış edənlər də Azərbaycan xanımlarının müxtəlif sahələrdə uğurlu fəaliyyətindən bəhs ediblər.

Sonra mükafatlandırma mərasimi keçirilib, xanım əməkdaşlara hədiyyələr təqdim olunub.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO