DİQQƏT: Bu enerji cihazı şəxsi məlumatlarınızın oğurlanmasına səbəb ola bilər

DİQQƏT: Bu enerji cihazı şəxsi məlumatlarınızın oğurlanmasına səbəb ola bilər

Hazırda oxunan: DİQQƏT: Bu enerji cihazı şəxsi məlumatlarınızın oğurlanmasına səbəb ola bilər

238297

Ümumi istifadədə olan telefon şarj cihazlarından istifadənin təhlükələri üzə çıxıb.

Bizim.Media xəbər verir ki, RTU MIREA-nın İntellektual İnformasiya Təhlükəsizliyi Sistemləri Departamentinin rəhbəri, texnika elmləri doktoru Yelena Maksimova xəbərdarlıq edir ki, ictimai enerji doldurma stansiyalarından istifadə cihazınızın zərərli proqrama yoluxması və şəxsi məlumatlarınızın oğurlanması ilə nəticələnə bilər.

Mütəxəssisin sözlərinə görə, enerji doldurmaq üçün nəzərdə tutulan USB kabel həm də informasiyanın ötürülməsi üçün kanal funksiyasını yerinə yetirir. Bu o deməkdir ki, batareyanın enerjisini doldurmaqla yanaşı, onun vasitəsilə müxtəlif fayllar, o cümlədən təhlükəli viruslar göndərilə bilər. Kibercinayətkarlar ictimai enerji doldurma stansiyalarına xüsusi mikrokontrollerlər daxil etməklə bu funksiyadan fəal şəkildə istifadə edirlər ki, bu da onlara cihazınızı riskə atmağa imkan verir.

Müasir kibercinayətkarların arsenalında ümumi taktika “Juice Jacking” adlanır.

Bu üsul dələduzlara əksər müasir cib telefonlarını doldurmaq üçün istifadə edilən universal portlar vasitəsilə cihazınıza nüfuz etməyə imkan verir.

Mütəxəssis vurğulayır ki, qadcet bloklansa belə, cinayətkarların qurğuya nəzarəti ələ keçirməsinə imkan verən boşluqlar var. Ona görə də ictimai şarj cihazlarından istifadə edərkən riskləri minimuma endirmək üçün həmişə əlinizdə öz şarj cihazınızı və kabelinizi saxlamaq tövsiyə olunur. Əgər telefonunuzu ictimai yerlərdə doldurmaq lazımdırsa, icazəsiz giriş riskini azaltmaq üçün proses zamanı smartfon ekranınızın kilidini açmamağa çalışın.

O, həmçinin yalnız şarj funksiyasını dəstəkləyən USB Type-C konnektoru olan kabellərdən istifadəni məsləhət görüb. Bu kabellər ictimai enerji doldurma stansiyalarından istifadənin qaçılmaz olduğu vəziyyətlərdə çox faydalı həll yolu ola bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO