Qiyməti yüksək, zərəri saymaqla BİTMİR – Kərə yağından imtinanın orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Qiyməti yüksək, zərəri saymaqla BİTMİR – Kərə yağından imtinanın orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Hazırda oxunan: Qiyməti yüksək, zərəri saymaqla BİTMİR – Kərə yağından imtinanın orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

238296

Hazırda Azərbaycan bir kiloqram kərə yağının qiyməti 20-40 manat arasında dəyişir. Bu qədər baha olan kərə yağlarının keyfiyyəti və tərkibi isə bir başqa mözudur. Üstəlik, kərə yağı insan orqanizmi üçün heç də həmişə faydalı deyil.

Bizim.Media xəbər verir ki, kərə yağının kifayət qədər baha olduğu bir zamanda bitki yağlarına keçid sağlamlığa əhəmiyyətli təsir göstərə bilər.
 

Məsələn, kərə yağından zeytun yağına keçidlə sadə qida dəyişikliyi edərək erkən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilərik. Təsadüfi deyil ki, tədqiqatçılar heyvan yağları ilə müqayisədə bitki yağlarının daha çox qəbulunun vaxtından əvvəl ölüm riskinin əhəmiyyətli dərəcədə aşağı saldığını müəyyən ediblər.


30 il ərzində toplanmış və 200.000 insanın sağlamlığını əhatə edən məlumatlar təsdiq edir ki, bitki yağı istifadə edənlərin ölüm riski heyvan mənşəli yağlardan istifadə etməyə davam edənlərlə müqayisədə 17 faiz azdır.

Tədqiqatçı alim Yu Zhang deyir ki hətta gündəlik qida rasionunda kərə yağını bitki yağları ilə əvəz etməyin də sağlamlığa ciddi təsiri ola bilər. Tədqiqat nəticəsində məlum olub ki, bitki yağları ilə yemək bişirən insanlar erkən ölümə səbəb olan ürək xəstəlikləri, xərçəng və digər ciddi xəstəliklərdən daha az əziyyət çəkirlər.

Bitki yağları və kərə yağı təkcə dadına görə deyil, həm də orqanizm tərəfindən necə sorulduğuna görə fərqlənir. Bəzi heyvan yağları daha yavaş həzm olunur və pis xolesterol səviyyəsini yüksəldə bilər. Öz növbəsində, bitki yağları, o cümlədən zeytun yağı, doymamış yağ hesab olunur. Bu da onların daha tez udulmasına və yaxşı xolesterinin səviyyəsini artırmağa imkan verir.

Digər tədqiqatçı Daniel Vang qeyd edib ki, bu, təkcə bir növ yağın digəri ilə əvəz edilməsi ilə bağlı deyil, hətta kərə yağının cüzi azaldılması və pəhrizdə bitki yağlarının artması uzunmüddətli perspektivdə sağlamlığın yaxşılaşmasına səbəb ola bilər. Bu sadə dəyişikliklər potensial olaraq xərçəng və ürək-damar xəstəlikləri kimi xroniki xəstəliklərdən əhəmiyyətli sayda ölümün qarşısını ala bilər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO