Şimal bölgəsinə səfər etmək istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Şimal bölgəsinə səfər etmək istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

Hazırda oxunan: Şimal bölgəsinə səfər etmək istəyənlərə XƏBƏRDARLIQ - VİDEO

238287

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi yolda tətbiq ediləcək məhdudiyyətlə bağlı xəbərdarlıq edib.

“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına əsasən, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 102-ci kilometrində yolötürücü və kanal üzərində yerləşən körpüdə aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2025-ci il 8 mart tarixində, saat 10:00-dan etibarən yolun sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyd-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir”, deyə məlumatda qeyd olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO