Bakıda tanınmış hüquq müdafiəçisi İTKİN DÜŞDÜ

Bakıda tanınmış hüquq müdafiəçisi İTKİN DÜŞDÜ

Hazırda oxunan: Bakıda tanınmış hüquq müdafiəçisi İTKİN DÜŞDÜ

238237

Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini, 1990-2000-ci illərin tanınmış azərbaycanlı hüquq müdafiəçisi, Taisiya Qordeyevanın itkin düşməsi ilə əlaqədar axtarış elan edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, itkin düşmə kimi axtarışa elan edilən qadının tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Taisiya Mixaylovna Qordeyeva (1947-ci il təvəllüdlü) ötən gün Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən "Omid" mağazasından çıxaraq evinə qayıtmaması ilə əlaqədar ailə üzvləri paylaşım edib. Onun demensiyadan əziyyət çəkdiyi bildirilir. Taisiya Qordeyevanı görən və ya onun harada olması barədə hər hansı məlumatı olan hər kəsdən Daxili İşlər Nazirliyinin 102 və ya (050) 322-42-25 nömrəli telefonlarına zəng etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO