Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ana HƏBS EDİLDİ

Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ana HƏBS EDİLDİ

Hazırda oxunan: Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ana HƏBS EDİLDİ

238210

Bakının Suraxanı rayonunda azyaşlı övladına amansız işgəncə verməkdə ittiham olunan Fatimə Ramazanovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bizim.Media teleqraf-a istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və Fatimə Ramazanovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızı Mələyə mütəmadi işgəncə verdiyi məlum olub.

Hadisədən xəbər tutan polis əməkdaşları qadını saxlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb.

Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, onun bədənində salamat yer qalmadığını etiraf edib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının yaydığı məlumatda isə bildirilib ki, anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO