AZAL Laçın aeroportu üçün işçi axtarır - 110-dan çox boş yer var – FOTO

AZAL Laçın aeroportu üçün işçi axtarır - 110-dan çox boş yer var – FOTO

Hazırda oxunan: AZAL Laçın aeroportu üçün işçi axtarır - 110-dan çox boş yer var – FOTO

238202

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə birgə Laçın rayonunda əmək yarmarkası keçirəcək.

Bizim.Media xəbər verir ki, yarmarkada bu il istifadəyə veriləcək Laçın Beynəlxalq Hava Limanında uçuşlаrın elektrik-işıq teхniki təminаtı, rabitə, aerodrom istismarı, aviasiya təhlükəsizlik xidməti, teхnоlоji аvаdаnlıqlаrın istismаrı, təmiri sаhəsi və s. işlər üzrə 110-dan çox vakansiya təqdim ediləcək.

Qeyd edək ki, yarmarka martın 7-də saat 11:00-dan 13:00-a kimi Agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın rayon xidmət şöbəsinin inzibati binasında (Laçın şəhəri, Heydər Əliyev küçəsi, 138) təşkil olunacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO