Evlərə çıxarış almaq vədi ilə dələduzluq edən şəxs həbs edildi – FOTO

Evlərə çıxarış almaq vədi ilə dələduzluq edən şəxs həbs edildi – FOTO

Hazırda oxunan: Evlərə çıxarış almaq vədi ilə dələduzluq edən şəxs həbs edildi – FOTO

238164

Qaradağ rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən və mağazalardan oğurluq edən şəxs saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən Nahid Quliyev tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, N.Quliyev tanışına məxsus torpaq sahəsinə və fərdi evə çıxarış almağa kömək edəcəyi vədi ilə onun 8400 manat pul vəsaitini ələ keçirib. Həmçinin o, icarəyə götürdüyü “Hyundai” markalı avtomobili satacağına dair yalan vəd verərək beh adı ilə digər bir şəxsin 5100 manatını alıb.
 

Onun rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birində 2 müxtəlif mağazaya müştəri kimi daxil olmaqla oğurluqlar etməsi və nəticədə zərərçəkənlərə 4287 manat maddi ziyan vurduğu da müəyyən edilib.


Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə N.Quliyev barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO