Hacıqabulda çay evi yandı - VİDEO

Hacıqabulda çay evi yandı - VİDEO

Hazırda oxunan: Hacıqabulda çay evi yandı - VİDEO

238007

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Hacıqabul rayonu, İ.Qayıbov küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ikimərtəbəli mansard tipli obyektin mansardında baş vermiş yanğın genişlənərək digər mərtəbəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində çay evi kimi fəaliyyət göstərən ümumi sahəsi 220 kv.m. olan ikimərtəbəli obyektin mansardının yanar konstruksiyaları 110 kv.m. sahədə yanıb.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO