AZAL-dan Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

AZAL-dan Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

Hazırda oxunan: AZAL-dan Bakı-Naxçıvan aviareysi ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ

238003

"Azərbaycan Hava Yolları" ASC (AZAL) Novruz və Ramazan bayramları ərəfəsində Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat artığına görə sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.

Bizim.Media bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə aviabiletləri öncədən almaq məsləhət görülür.

"Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq. Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür", - deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO