Bakıda partlayışda xəsarət alanların SON DURUMU

Bakıda partlayışda xəsarət alanların SON DURUMU

Hazırda oxunan: Bakıda partlayışda xəsarət alanların SON DURUMU

237927

Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış zamanı xəsarət alanların son vəziyyəti məlum olub.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, xəsarət alan dörd nəfər (üçü qadın, biri kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub:

"Martın 6-da Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verməsi səbəbindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqadalar cəlb olunub.

Xəsarət alanlardan 2017-ci il təvəllüdlü (kişi cinsli) azyaşlıya bədən səthinin 80%-nin III-IV dərəcəli termiki alov yanığı şoku, 2018-ci il təvəllüdlü (qadın cinsli) azyaşlıya bədənin II-III dərəcəli termiki alov yanığı şoku, 1960-cı il təvəllüdlü (qadın cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı, 1990-cı il (qadın cinsli) təvəllüdlü şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.

Hazırda 2017-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 3 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir.

Partlayışda xəsarət alan bir nəfərə isə yerində tibbi yardım göstərilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO