Bu gözəl, şirin balanın adı Vaqifdir. 4 yaşlı Vaqif Mustafazadəyə bir neçə gün əvvəl kəskin leykoz limfoblast diaqnozu qoyulub.xa0
Valideynlərinin Moderator.az-a bildirdiyinə görə,Vaqif bu xəstəlikdən hazırdaxa0 əziyyət çəkir. Müalicə və analizlər haqda hələkixa0 tam və dəqiq informasiya verilməmişdir. Həkimlərxa0 onun sağlamlığına qovuşmasının mümkün olduğunu deyirlər.Hər halda uşağın müalicəsi üçün on minlərlə vəsait yığmaq, uzun, ağır, mübarizəli yol keçmək lazımdır.xa0 Dama-dama göl olar deyib atalar. Yardım üçün hər kəs nəyə imkanı çatırsa, bu balacaya yardım etsin. Allah da sizlərin yardımçısı olar. Ailə imkanı olan şəxslərdən onlara yardım etməsini xahiş edir.Vaqifinxa0 hər kəsin köməyinə çox ehtiyacı var. Ailənin xarici ölkəyə getmək imkanı yoxdur.
xa0Kömək etmək istəyənlər uşağın atası Orxan Yusifzadə ilə əlaqə saxlaya bilərlər: +994559680550
Bundan başqa uşağın xalası Aygün Axundovanın adına olan hesabları diqqətinizə çatdırırıq.
-xa0 card to card xidməti( kart məlumatları əlavə olunur)
-xa0 Manat və dollar hesabının rekvizitləri
-xa0 Milli on terminalı və saytı vasitəsilə ödəniş etmək
-xa0 E-PUL elektron portal vasitəsilə ödəniş etmək
Vaqifin Bakıda edilmiş analizlərini izləyə bilərsiz.

































































































