Aparıcı “Azəriqaz”dan şikayət ETDİ – FOTO

Aparıcı “Azəriqaz”dan şikayət ETDİ – FOTO

Hazırda oxunan: Aparıcı “Azəriqaz”dan şikayət ETDİ – FOTO

237837

Aparıcı Zamirə Dadaşova “Azəriqaz” İB-dən şikayət edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, instaqramda məlumat yayıb və bu sözləri yazıb:

"Açıq-aydın hər şey göz önündədir. Belə ki, sonuncu dəfə 2024-cü il noyabrın 24-ü qaza olan borcumu ödəmişəm - 61 manat. 2025-ci il yanvarın 1 də limitlə əlaqəli sayğacın sıfırlanması gözlənilirdi. Amma Xəzər rayon qaz idarəsi fevralın 1-i gəlib sayğaca baxış keçirib və qəbz də təqdim etməyib. Məlum olub ki, fevralın 1-nə qədər mən limiti kecmiş olmuşam (baxmayaraq yanvarın 1-də sıfırlanmalıydı sayğac) və 360 manat ödəməliyəm. Dediklərinə görə, fevralın 1-dən 2025-ci ilin hesabatı aparılacaq. Yəni 1200 kub limit hesablanacaq. Heç nə demədik.

Fevral üçün sərfiyyat 720 kub olduğu halda və mən qanunsuz limiti keçmiş hesab olundum, sərfiyyat 22 qəpikdən hesablandı. Əgər siz mənim 100 -200 manatıma qalmısınızsa, gəlin istəyin verim. Mənim kimi 100-lərlə insan var, bu özbaşnalıqla üz-üzədir. Deyendə də, bizi borclu çıxarırlar".





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO