Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT

Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT

Hazırda oxunan: Bakıda "nəzirpaylayan" "seyid" həbs edildi - TƏFƏRRÜAT

237834

Abşeron rayonunda vətəndaşlara "nəzirpaylayan" şəxs həbs edilib.

Bizim.Media xəbər verir ki, avaraçılıq və dilənçiliklə məşğul olan 1996-cı il təvəllüdlü Yevlax sakini F.Şahmurad adlı şəxs saxlanılıb.
 

Ona Cinayət Məcəlləsinin 177.2.3 və 180.2.2-ci maddələri ilə açılan işə məhkəmədə baxılıb.


Məlum olub ki, F.Şahmurad zərərçəkmiş qadınlara özünü seyid kimi təqdim edib və Mir Mövsüm Ağanın ziyarətgahında yığılan nəzirləri insanlara payladığını deyərək, onlara qarşı dələduzluq edib.

O, Gülbuta Məmmədova adlı qadının evinə gedərək ona bir manat verib, "seyid puludur, üç gündən sonra xərcləyərsən" deyib. Bundan sonra həmin qadından ona bir stəkan çay verməsini xahiş edib. Zərərçəkmiş qadın da ona çay verdikdən sonra "seyid" dua oxumağa başlayıb.

Daha sonra F.Şahmurad Gülbutaya deyib ki, evdə pulu varsa, gətirsin, çünki ona dua oxuyacaq və pul daha bərəkətli olacaq.

Gülbuta da cərrahi əməliyyat olunması üçün evin dolabında saxladığı 2000 manatdan 200 manatı gətirib. "Seyid" həmin pula "dua" oxuduqdan sonra zərərçəkmiş qadın aparıb eyni yerə qoyub. Bundan sonra F.Şahmurad ondan yenidən çay istəyib. Zərərçəkmiş qadın çay gətirənə qədər təqsirləndirilən şəxs pulu götürüb və heç nə olmamış kimi qadının verdiyi çayı içərək evi tərk edib.

Şahmurad eyni əməli Təbərrik adlı qadına da qarşı törətməyə cəhd edib. Lakin təqsirləndirilən şəxsin budəfəki cinayət əməli baş tutmayıb. Təbərrik evində olan 2100 ABŞ dolları və 340 manat pulun bərəkətli olması üçün gətirib həmin şəxsin qarşısında masanın üzərinə qoyub. Şahmurad pulları götürüb evdən qaçmaq istəyərkən zərərçəkmiş qadının qışqırığına gələn qonşularının köməyi ilə saxlanılıb və hadisə yerinə gələn polislərə təhvil verilib.

Məhkəmənin qərarı ilə Şahmurada 5 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. ("Qaynarinfo")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO