Gənc şair Həsən Kür süni nəfəs aparatından ayrıldı

Gənc şair Həsən Kür süni nəfəs aparatından ayrıldı

Hazırda oxunan: Gənc şair Həsən Kür süni nəfəs aparatından ayrıldı

237833

Həsən Zeynallının (Kür) vəziyyəti stabilləşib, artıq süni tənəffüs apartından da ayırmışıq.

Bizim.Media xəbər verir ki, bu barədə APA-ya Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan məlumat verib.

Əməliyyata ehtiyac yoxdur, lakin səhhəti izlənilir

“Ötən həftə xəstə kompüter tomoqrafiyasından (KT) keçirilib. KT-nin nəticəsindən belə qərara gəldik ki, əməliyyata ehtiyac yoxdur. Lakin səhhətini sıx təqib etmək lazımdır. Xəstənin başından qan sovrulmayıb. Ona görə də hələ ki, travmatoloqun müdaxiləsi mümkün deyil. Müalicəsi davam etdirilir”, - deyə həkim bildirib.

Hərəkət məhdudiyyəti yoxdur

Leyla Mərcan bildirib ki, Həsən Kürün heç bir hərəkəti məhdudlaşmayıb, əl-qol, ayaq refleksləri normaldır, nitqi də yerindədir.

Qeyd edək ki, fevralın 22-i gənc şair Həsən Kür intihara cəhd edib. Belə ki, o "Sevinc Mall" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. O həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Fevralın 27-i Sabunçu Tibb Mərkəzinin anestezioloqu və reanimatoloqu dr. Leyla Mərcan tərəfindən APA-ya məlumat verilib ki, o, komadadır, süni tənəffüs aparatına qoşulub. Son məlumata görə, süni tənəffüs aparatından ayrılıb, səhhəti stabilləşib. Hazırda Cərrahi profilli reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki, şair Həsən Kür İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO