Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) çağırış edib.
Bu barədə Bizim.Media-ya AAYDA-dan məlumat verilib.
Bildirilir ki, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar martın 6-dan başlayaraq təqribən 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:18 / 05.03.2025
Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır
Hazırda oxunan: Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır
Hazırda oxunan: Sürücülərə XƏBƏRDARLIQ: Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır
237828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.