Quba Rayon Mərkəzi Xəstəxanasında 34 yaşlı qadının sanitar qovşaqda yeni doğulmuş körpəsini öldürməyə cəhd etməsi faktı ilə bağlı Quba rayon prokurorluğunda araşdırma davam edir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə ananın öz uşağını öldürmək istəməsinin xəstəxananın tibb personalından bir əməkdaş iddia edib.
MÖVZU İLƏ BAĞLI:
Xəstəxananın sanitar qovşağında doğub körpəsini öldürmək istəyən qadınla bağlı TƏFƏRRÜAT – ÖZƏL
Həmin əməkdaşın sözlərinə görə o, sanitar qovşağa daxil olanda ana sanitar qovşaqdakı şlanqla körpəsini öldürmək istəyirdi. Ana isə öz ifadəsində əksini deyir. Bildirir ki, həmin şlanqla uşağı çimizdirmək istəyib.
Tərəflərin ifadələrinə və digər təfərrüatlara hüquqi qiymət araşdırmaların sonunda veriləcək.
Onu da qeyd edək ki, yeni doğulmuş uşağın vəziyyəti stabildir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu